Nazirlər Kabineti məhkəmə ekspertizası sahəsinin inkişafı ilə bağlı Sərəncam verib
“Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 — 2030-cu illər üçün Konsepsiya”nın təsdiq edilməsi haqqında” Prezidentin Sərəncamının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq Sərəncam imzalanıb.
Sərəncama əsasən, Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı aidiyyəti dövlət qurumlarına konkret tapşırıqlar verilib, icra müddətləri müəyyənləşdirilib. Ədliyyə Nazirliyi əsas icraçı qurum kimi bir sıra yarımbəndlər üzrə təklifləri Nazirlər Kabinetinə təqdim edəcək.
Baş nazirin sərəncamı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) Konsepsiyanın icrasının monitorinqi və qiymətləndirilməsi məqsədilə Vahid Elektron Hesabatlılıq Portalı çərçivəsində xüsusi modulun yaradılması tapşırılıb. Monitorinq nəticələri üzrə illik hesabatlar Nazirlər Kabinetinə təqdim olunacaq.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib