Möhtəşəm bir il: Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasətinə həsr olunan “Video icmal”
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin növbəti “Video icmal”ı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin son bir il ərzində həyata keçirdiyi quruculuq işləri, beynəlxalq layihələr və biznes, sosial və struktur islahatlarına həsr olunub.
“Video icmal”da Azərbaycanda aparılan köklü islahatlar 2018-ci ilin aprel ayının 11-dən başlayaraq ardıcıllıqla hər bir ay üzrə təqdim olunub. Bildirilib ki, İlham Əliyev prezidentlik fəaliyyətinə şəhid ailələrinə kompensasiya verilməsi barədə Fərmanın imzalaması ilə başlayıb və sosial siyasət daim prioritet olub. Son bir il ərzində “Məşğulluq haqqında” yeni Qanun, 2019-2030-cu illər üçün Məşğulluq strategiyası qəbul olunub. İcbari tibbi sığortanın tətbiqi, şəhid ailələrinə kompensasiyaların verilməsi, əmanətlərin tam sığortalanması müddətinin uzadılması, minimum aylıq əmək haqqının 38,5% artırılması, tələbə təqaüdlərinin əsaslı artımı, məcburi köçkünlərin və hərbi qulluqçuların ailələrinə müavinətlərin artırılması, həmçinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı vacib qərarlar qəbul olunub.
“Video icmal”da biznes islahatlarına geniş yer verilib: vergi və gömrük islahatları, biznesə başlama, tikinti icazələri, elektrikə qoşulma, elektron məhkəmə və s. istiqamətlərdə islahatlar qeyd olunub.
“Video icmal”da son bir il ərzində Prezidentin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və infrastruktur layihələri barədə geniş məlumat təqdim edilib. Qeyd olunub ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin fəaliyyətə başlaması,
Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP qaz kəmərinin istismara verilməsi, regionun ən böyük külək elektrik parkı “Yeni Yaşma” KEP-nin, Lənkəran Olimpiya İdman Kompleksinin, Türkiyə tarixinin ən böyük xarici sərmayəsi “Star” NEZ-in açılışı və “Yaşıl Dəhliz”in tətbiqi həyata keçirilən mühüm işlərdir. Bu vaxt ərzində qeyri-neft sektorunun ən böyük layihəsi “SOCAR karbamid”in və “Socar Polymer”in fəaliyyətə başlaması Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edib.
Aparılan dərin islahatlar Azərbaycanın “Doing Business 2019” hesabatında dünyanın ən çox islahat aparan ölkəsi seçilməsi ilə nəticələnib və ölkəmiz 190 dövlət arasında 25-ci olub. Son bir ildə Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə də 7 pillə irəliləyib.
Həmçinin bu müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə idarəetməni daha çevik, yığcam və məqsədyönlü edəcək önəmli struktur islahatları həyata keçirilib.
“Video icmal”la İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin www.iqtisadiislahat.org saytındakı İcmallar bölümündə bu link vasitəsi ilə tanış olmaq mümkündür: http://iqtisadiislahat.org/vreview









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf