Millət vəkili Jalə Əhmədova ilə könüllülərin görüşü keçirilib
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat Könüllüləri” Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisinin millət vəkili Jalə Əhmədova ilə könüllülərin “Gənclərin hüquqları” mövzusunda görüşü keçirilib. Görüşdə Jalə Əhmədova əvvəlcə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gənclər, idman və gənclərin hüquqları sahəsində həyata keçirilən islahatlar və dövlət layihələri barədə könüllülərə məlumatlar verib. O, gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, iş mühitində gənclərin hüquq və vəzifələri haqqında məlumatlılığın artırılması və gender bərabərliyi haqqında danışıb. J.Əhmədova, həmçinin Azərbaycanda autizmli uşaqların cəmiyyətə inteqrasiyası və bu səbəbdən keçirilən layihələrin sayının getdikcə artdığını bildirib.
J.Əhmədova 5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə könüllüləri təbrik edib və getdikcə daha çox vüsət alan könüllülük hərəkatının ölkəmizin davamlı inkişafının təmin olunmasına böyük töhfə verdiyini qeyd edib.
İnteraktiv keçən görüşdə gənclər millət vəkili ilə mövzu ilə bağlı fikirlərini bölüşüb, ona suallar ünvanlayıblar.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib