Microsoft Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı ilə əməkdaşlıq edəcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Microsoft şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələrində iş üzrə əlaqələrin genişləndirilməsi üzrə direktoru Evangelos Chrysafidis və Microsoft Azərbaycanın Baş direktoru Sərxan Həşimovu qəbul edib
Görüş zamanı qonaqlara Prezident İlham Əliyevin Fərmanı ilə imzalanan Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında məlumat verilib. Vüsal Qasımlı bilidirb ki, Strateji Yol Xəritəsinin reallaşdırılması çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Microsoft şirkəti əməkdaşlıqda maraqlıdır.
Microsoft şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələrində iş üzrə əlaqələrin genişləndirilməsi üzrə direktoru Evangelos Chrysafidis isə bildirib ki, təmsil etdiyi qurum Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Rəqəmsal Ticarət Qovşağına dəstək verəcək.
Xatırladaq ki, bir müddət əvvəl İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “Microsoft Azərbaycan” şirkəti arasında ikitərəfli əməkdaşlığa dair memorandum imzalanıb.
Nümunəvi əməkdaşlıq forması olaraq, Azexport portalı Microsoft-un Azure platformasından istifadə edir.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır