25 fevral 2017, 17:52

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Microsoft şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələrində iş üzrə əlaqələrin genişləndirilməsi üzrə direktoru Evangelos Chrysafidis və Microsoft Azərbaycanın Baş direktoru Sərxan Həşimovu qəbul edib

Görüş zamanı  qonaqlara Prezident İlham Əliyevin Fərmanı ilə imzalanan Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında məlumat verilib. Vüsal Qasımlı bilidirb ki, Strateji Yol Xəritəsinin reallaşdırılması çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Microsoft şirkəti əməkdaşlıqda maraqlıdır. 

Microsoft şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələrində iş üzrə əlaqələrin genişləndirilməsi üzrə direktoru Evangelos Chrysafidis isə bildirib ki, təmsil etdiyi qurum Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Rəqəmsal Ticarət Qovşağına dəstək verəcək. 

Xatırladaq ki, bir müddət əvvəl İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “Microsoft Azərbaycan” şirkəti arasında ikitərəfli əməkdaşlığa dair memorandum imzalanıb.  

Nümunəvi əməkdaşlıq forması olaraq, Azexport portalı Microsoft-un Azure platformasından istifadə edir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az