Məmməd Musayev: “Azexport sayəsində mahlıc 30 faizdən baha ixrac olunur.”
Azexport portalının fəaliyyətə başladığı 6 ay ərzində 192 milyon ABŞ dolları həcmində ixrac sifarişi daxil olub. İlk yarımildə Azərbaycandan qeyr-neft ixracının 1/5-dən də çox artmasında Azexport xüsusi rol oynayıb. Hətta bəzi məhsullar Azexportdan öncə satıldığından daha baha qiymətə satılıb. Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, bu gün Azərbaycanda gedən islahat prosesləri inqilabi xarakter daşıyır və çox sürətlə gedir: “Elektron ticarət platforması - “Azexport” portalının yaradılması Azərbaycanda ixracata böyük dəstək verdi. “Azexport” portalı ilə əməkdaşlığa başladığımız vaxt pambıq mahlıcının ixrac satış qiyməti təxminən 1300-1350 ABŞ dolları dəyərində idi. Azexportun sayəsində hazırda bu qiymət 1750 ABŞ dollarına qədər yüksəlmişdir və bu artımın davam edəcəyini gözləyirik. Beləliklə, Azexportun tapdığı xarici müştərilər sayəsində mahlıcın hər tonu 400-450 ABŞ dolları və ya 1/3-ə qədər baha satılmaqla ölkəyə milyonlarla əlavə ixrac valyutası gətirilir.”
Əlavə edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyri-neft ixracının artırılması istiqamətində atdığı addımlar, o cümlədən, Azexport portalının yaradılması qeyri-neft ixracının həcmini, çeşidini və coğrafiyasını daha da genişləndirib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib