Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair Dövlət Proqramının icrası ilə bağlı görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı tədbirlərin monitorinq və qiymətləndirilməsi məsələlərinə həsr olunmuş görüş keçirilib.
Görüş zamanı Dövlət Proqramının Tədbirlər Planı üzrə monitorinq və qiymətləndirmə çərçivəsinin formalaşdırılması, nəticə indikatorlarının və onların ölçü vahidlərinin müəyyənləşdirilməsi, baza və illər üzrə hədəf göstəricilərinin hazırlanması, eləcə də icraçı qurumlar arasında səmərəli koordinasiyanın təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İİTKM-in icraçı direktorunun müavini Təranə Salıfova Dövlət Proqramı üzrə monitorinq və qiymətləndirmə prosesinin vahid metodoloji yanaşma əsasında həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. O, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 may tarixli 1048 nömrəli Sərəncamından irəli gələn vəzifələr barədə məlumat verərək, Dövlət Proqramının icrasının monitorinq və qiymətləndirilməsinin rəqəmsal formada həyata keçiriləcəyini bildirib. Qeyd olunub ki, bu məqsədlə “e-monitorinq” portalında müvafiq Modul yaradılacaq.
İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Günay Rəhimli Dövlət Proqramının Tədbirlər Planının strukturu və prioritet istiqamətləri barədə təqdimatla çıxış edib. İİTKM-in Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı indikator cədvəlinin formalaşdırılması, nəticələrə əsaslanan monitorinq modelinin tətbiqi, həmçinin Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin əsas icraçı qurumlar üzrə bölgüsü barədə məlumat verib.
Görüşdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əsas icraçı orqanlarının nümayəndələri iştirak edib, monitorinq və qiymətləndirmə prosesinin təşkili, indikatorların müəyyənləşdirilməsi və tədbirlərin icrası ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, “Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin monitorinq və qiymətləndirilməsinin həyata keçirilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankının sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə edilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib