Macarıstanlı tədqiqatçı İİTKM-də elmi fəaliyyətə başlayıb
Macarıstanın “Mathias Corvinus Collegium” ali təhsil müəssisəsinin tədqiqatçısı Tas-Szilárd Kelemen İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzində elmi tədqiqat işinə başlayıb.
T.Kelemenin tədqiqatı “Türk Dünyasının iqtisadi inteqrasiyası” mövzusuna həsr olunub. Bu mövzu Azərbaycanın Türk dövlətləri ilə regional iqtisadi əməkdaşlıq istiqamətində həyata keçirdiyi strateji prioritetlərin təhlilinə hədəflənir. Tədqiqatın məqsədi Türk dünyasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və dayanıqlı əməkdaşlığın inkişafı üçün analitik baza və sübutlara əsaslanan siyasət tövsiyələrinin hazırlanmasına töhfə verməkdir.
Macar tədqiqatçı Azərbaycanda olduğu müddətdə İİTKM-in ekspertlərinin nəzarəti altında fəaliyyət göstərəcək, eləcə də regional iqtisadi dialoqu və elmi bilik mübadiləsini təşviq edən layihə və təşəbbüslərdə iştirak edəcək. Onun fəaliyyəti “Mathias Corvinus Collegium” institutu tərəfindən beynəlxalq tədqiqat proqramı üzrə elmi təqaüd çərçivəsində maliyyələşdirilir.
Bu əməkdaşlıq Azərbaycan və Macarıstan arasında elm və təhsil əlaqələrinin genişlənməsi istiqamətində daha bir mühüm addım olmaqla bütövlükdə Türk dünyasında intellektual və institusional bağların möhkəmlənməsinə xidmət edir.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır