Könüllülərlə “Azərbaycan iqtisadiyyatı: pandemiya və postpandemiya dövründə” mövzusunda videokonfrans keçirilib
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı könüllülərlə “Azərbaycan iqtisadiyyatı: pandemiya və postpandemiya dövründə” mövzusunda görüş keçirib. İİTKM-in İslahat Könüllüləri təşkilatının təşkilatçılığı ilə videokonfrans formatında keçirilən görüş zamanı pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirləri və postpandemiya dövrü üçün proqnozlardan danışılıb. Müzakirələr əsasən ÜDM-nin artımı, tədiyyə balansı, makroiqtisadi vəziyyət, büdcə siyasəti, monetar siyasət və innovativ inkişafı əhatə edib.
Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin könüllüləri ilə yanaşı ASAN, DOST, QİDA, miqrasiya, aqrar və gömrükçü könüllüləri də olmaqla yüzlərlə gənc iştirak edib. Vüsal Qasımlının çıxışının ardınca könüllüləri və mətbuat nümayəndələrini maraqlandıran suallar dinlənilib və fikir mübadiləsi aparılıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib