Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramının müzakirəsi məqsədilə regional müşavirələr keçirilir

Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramının müzakirəsi məqsədilə regional müşavirələr keçirilir

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi məqsədilə regional müşavirələr keçirilir. Məqsəd Prezident İlham Əliyevin sədrliyi ilə bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunmasıdır.

Müşavirələr Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə keçirilən müşavirələrdə Prezidentin köməkçiləri, aidiyyəti dövlət qurumlarının rəhbərləri, səlahiyyətli nümayəndələr, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, fermerlər, sahibkarlar və digər maraqlı tərəflər iştirak edirlər.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə müşavirədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi şəxslər Dövlət Proqramında nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər. Tədbirdə Xankəndi, Ağdam, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonları üzrə taxılçılıq, intensiv meyvəçilik, heyvandarlıq və balıqçılıq üzrə məsələlər müzakirə olunub.

Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov çıxış ediblər. Tədbirdə Gəncə, Naftalan, Daşkəsən, Goranboy, Göygöl, Samux rayonları üzrə taxılçılıq, üzümçülük, kartofçuluq, heyvandarlığa dair mövcud vəziyyət və gələcək perspektivlər barədə müzakirələr aparılıb.

Mərkəzi Aran iqtisadi rayonu üzrə müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov çıxış edərək aqrar sahə üzrə qarşıya qoyulan hədəflərdən danışıblar.  Tədbirdə Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonları üzrə taxılçılıq, meyvəçilik, bostançılıq, heyvandarlıq məsələləri müzakirə olunub.

Dağlıq Şirvan iqtisadi rayonu üzrə keçirilən müşavirədə isə Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov, Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov regionun üzrə mövcud vəziyyət və perspektivlər barədə müzakirələr aparıblar. Tədbirdə Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonları üzrə üzümçülük, taxılçılıq, heyvandarlıq sahələrinə dair fikir mübadiləsi aparılıb.

Tədbirlərdə İİTKM-in icraçı direktorunun müşaviri Bağış Əhmədov, Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov, Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov, İqtisadi təhlil şöbəsinin müdiri Elnur Ələkbərov iştirak ediblər.

Müşavirələrdə fermer və sahibkarların təklifləri dinlənilib, Dövlət Proqramının yerlərdə səmərəli icrası üçün aidiyyəti qurumlar, yerli icra hakimiyyətləri və özəl sektor arasında koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.

Qeyd edək ki, bu tədbirlər Dövlət Proqramının yerlərdə səmərəli icrasına, fermer və sahibkarlarla birbaşa dialoqun gücləndirilməsinə və regionlar üzrə qarşıda duran vəzifələrin prioritetləşdirilməsinə xidmət edir. Regional müşavirələr ölkənin digər şəhər və rayonlarında da davam etdiriləcək.