“Jamestown Fondu” Ələt AİZ-in timsalında Azərbaycanın geo-iqtisadi inkişaf strategiyaları barədə yazıb
ABŞ-ın nüfuzlu “Jamestown Fondu”nun “Avrasiya Gündəlik Monitor” jurnalı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma və inkişaf departmentinin rəhbəri Ayaz Müseyibovun “Azərbaycanın uzunmüddətli geo-iqtisadi strategiyasında Ələt Azad İqtisadi Zonasının rolu” mövzusunda analitik məqaləsini dərc edib.
Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi nəqliyyat-logistika və infrastruktur layihələrinin vahid məqsədlərə xidmət etməsindən bəhs olunub. Son illər ərzində Bakı-Tbilisi-Qars, Astara-Astara dəmiryolu kimi layihələrin realizasiyası ilə bərabər, Avropa İttifaqının bu istiqamətdə artan maraqları təhlil olunub. Eyni zamanda məqalədə yeni Zəngəzur koridorunun yaradılmasının 44 günlük müharibədən sonra yaranmış yeni reallıqlar fonunda realizasiyasının gətirəcəyi faydalardan bəhs olunub.
Müəllif Azərbaycanın Ələt AİZ-nin təkcə bir iqtisadi infrastruktur layihəsi deyil, uzunmüddətli geo-iqtisadi strategiyaların tərkib hissəsi olduğunu vurğulayıb, rəqib layihələrin potensial imkanları təhlil olunub.
Qeyd edək ki, “Jamestown Fondu” ABŞ-ın nüfuzlu strateji beyin mərkəzlərindən hesab olunur və burada yüksək ranqlı Amerika diplomatları və dövlət rəsmilərinin analitik baxışları nəşr olunur.
“Jamestown Fondu” nəşrində məqalə ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib