İxracatçı sahibkarlara “2019 İxraca dəstək” layihəsi təqdim olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ixracatçı sahibkarlara "2019 İxraca dəstək" layihəsi təqdim olunub. Təqdimat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Gömrük Komitəsinin dəstəyi və "My Broker" gömrük təmsilçiliyinin birgə təşkilatçılığı ilə ixrac gömrük əməliyyatları və layihə üzrə maarifləndirici təlimdə reallaşdırılıb.
Təlim çərçivəsində “2019 İxraca Dəstək” layihəsindən, layihənin yerli istehsalçılara verəcəyi üstünlüklərdən, 2019-cu il ərzində ixrac gömrük bəyannamələrinin tərtib olunması da daxil olmaqla, yerli istehsalçılarımıza ixrac üzrə gömrükləmə xidmətlərinin əksəriyyətinin ödənişsiz həyata keçirilməsindən, ixrac gömrük bəyannamələrinin doldurulması istiqamətində maarifləndirici təlimlərdən, habelə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə müraciət edən sahibkarların “My Broker” Gömrük Təmsilçiliyi şirkətinin ödənişsiz əsaslarla xidmətlərindən danışılıb.
Təlimdə çıxış edən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkəmizdə ixracın asanlaşdırılması və şaxələndirilməsi istiqamətində həyata keçirdiyi islahatlar barədə məlumat verib. Mərkəzin meneceri qeyd edib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi son bir il ərzində Azərbaycanın ixrac siyasətində önəmli rol oyanıb. N. Hacızadə həmçinin qeyd edib ki, ümumi qeyri neft ixracının 10%-dən artıq hissəsinin "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin dəstəyi ilə həyata keçirilməsi önəmli göstəricidir.
“My Broker” gömrük təmsilçiliyinin direktoru Rəşad Əliyev təlimin ixracatçılar üçün mühüm əhəmiyyət daşıdığını və onların xarici ticarət fəaliyyətlərlərini stimullaşdıracağını bildirib.
Daha sonra çıxış edən ASAN Kommunal və funksional xidmətlərlə iş departamentinin müdiri Vüsal Rüstəmov təlimin önəmi və ixracatçılar üçün həyata keçirilən layihələr haqqında danışıb.
Tədbirin sonunda maarifləndirici video-çarx nümayiş olunub.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf