“İxrac icmalı”nın noyabr sayının ilkin rəqəmləri açıqlanıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın noyabr sayına dair ilkin rəqəmləri təqdim edib.
İcmala əsasən, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 2,99 milyard ABŞ dolları təşkil edib. Qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixrac 19,8% artaraq 962,1 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin on ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 49,6%, meyvə-tərəvəz 30%, kimya sənayesi məhsulları 22,8%, pambıq iplik 8,8%, alüminium və onlardan hazırlanan məmulatlar 3,8% artıb.
2025-ci ilin yanvar-oktyabr aylarında aqrar məhsullar üzrə ixrac 27,5% artaraq 769,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 260 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,1% artaraq 1,03 mlrd ABŞ dolları təşkil edib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib