İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti İİTKM-də olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti xanım Manuela Traldi ilə görüş keçirilib.
Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan və İtaliya arasında qarşılıqlı iqtisadi və biznes əlaqələrinin yüksək səviyyədə inkişafından məmnunluğunu bildirib, eləcə də investisiyaların cəlb olunması və sahibkarlığın inkişafına dəstək, iki ölkənin iş adamları arasında etibarlı ticarət əlaqələrinin daha da inkişaf etdirilməsində Mərkəzin operator olduğu https://azexport.az/ və https://enterpriseazerbaijan.gov.az/ və https://dth.az/ rəqəmsal ticarət portallarının potensialından istifadənin əhəmiyyətini vurğulayıb.
Xanım Manuela Traldi İtaliya-Azərbaycan Ticarət Palatasının iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı və tərəflər arasında əməkdaşlıq və dostluq əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyəti barədə məlumat verib. O bildirib ki, Palata daimi olaraq ticarət missiyaları, ölkələr arasında biznes forumları, seminarlar və digər işgüzar görüşlər təşkil edir. Eyni zamanda yüksək səviyyəli yerli və xarici ekspertlərin dəstəyi ilə şirkətlərin xarici bazarlara daxil olması üçün fərdi layihələr hazırlayırlar. M.Traldi Azərbaycanın iqtisadi potensialının Avropa ölkələrində tanıdılması üzrə məqsədyönlü fəaliyyətin aparıldığını qeyd edib.
Görüşdə Avropa İttifaqı tərəfindən hazırlanan “Azərbaycan Biznes Mühiti Hesabatı 2021” sənədi müzakirə olunub və sahibkarlığın inkişafına dəstək mexanizmləri və bu istiqamətdə həyata keçirilən iqtisadi islahatlar barədə qonağa ətraflı məlumat verilib.
Sonda qonağa Mərkəzdə fəaliyyət göstərən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi barədə təqdimat edilib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib