İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti EnterpriseAzerbaijan portalının qonağı olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində qonaq olan İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun və Palatanın əməliyyat meneceri Gülmiyyə Aşirova EnterpriseAzerbaijan portalının İnkubasiya və Akselerasiya akvariumunu ziyarət ediblər.
Görüşdə EnterpriseAzerbaijan.com portalının rəhbəri Mətanət Musayeva, Rəqəmsal Ticarət Qovşağının (DTH) portalının rəhbəri Məsumə Talıbova və “Alma Consalting”in rəhbəri Habil Əhmədov iştirak ediblər.
EnterpriseAzerbaijan portalının rəhbəri Mətanət Musayeva qonaqlara portalın yenilənən iş prinsiplərini izah edib, Azərbaycanda innovasiya və startap ekosisteminin müasir vəziyyəti və burda EnterpriseAzerbaijan.com portalının yeri və rolu haqqında məlumat verib, qonaqları akvariumun rezidentləri və startaplar ilə tanış edib.
İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun mərkəzin rezidentləri olan “Alma consulting”, “Interno” və “Bonpini”, eyni zamanda mərkəzin sosial, ekoloji, texnoloji və kreativ layihələri olan “Ecoprint”, “Yoldash”, “Recycled Art”, “GreenBomb”, “Biobot”, “Entor”, “Designyourself” və “Plasket” ilə tanış olub, onların təqdimatlarını dinləyib, beynəlxalq səviyyədə yarışlarda iştirakları və qələbələri ilə maraqlanıb, gələcək inkişafları üçün lazım olan tövsiyələr verib.
İsrailli qonaq Azərbaycan və İsrail startap ekosistemləri arasında gələcək əməkdaşlığın inkişafı üçün maraqlı olduğunu söyləyib. Tərəflər arasında “StratUp School” layihəsi, “İqtisadi artım-İnovasiya və startaplar” adlı dərsliyin yazılması və İnkubasiya Mərkəzinin inkişaf perspektivləri müzakirə olunub.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib