İslahat Könüllüləri "Yumşaq bacarıqların karyerada rolu"nu öyrəndilər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “İslahat Könüllüləri” Təşkilatının təşəbbüsü ilə "Yumşaq bacarıqların karyerada rolu" mövzusunda təlim baş tutub. Yumşaq bacarıqlar üzrə mütəxəssis Gülnarə İlhamın keçdiyi təlimdə İslahat könüllüləri ilə yanaşı “Azərbaycan Könüllü Təşkilatları İttifaqı”nın üzvləri: "Bir Könüllü" Tələbə Təşkilatı, Ekokönüllü, "Miqrasiya könüllüləri", “ASAN könüllüləri”,"SOCAR könüllüləri, "Femida könüllüləri"nin nümayəndələri də iştirak ediblər.
Təlimdə effektiv ünsiyyət və kommunikasiya, korporativ üslub qaydaları, böhran idarəetməsi, iş axtarışı strategiyası, özünü təqdimetmə bacarığı və digər mövzular üzrə fikir mübadiləsi aparılıb. Gülnarə İlham bildirib ki, hər bir peşə sahəsində bilik və təcrübə ilə yanaşı yumşaq bacarıqlar, effektiv ünsiyyət karyeranın inkişafında həlledici rol oynayır.
İnteraktiv keçən təlimdə gənclər komandalara bölünərək verilən tapşırıq əsasında böhran vəziyyətlərində yumşaq bacarıqların tətbiqini sınaqdan keçiriliblər. Sonda könüllülərin sualları cavablandırılıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib