06 sentyabr 2024, 16:42

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “İslahat Könüllüləri” Təşkilatının təşəbbüsü ilə "Yumşaq bacarıqların karyerada rolu" mövzusunda təlim baş tutub. Yumşaq bacarıqlar üzrə mütəxəssis Gülnarə İlhamın keçdiyi təlimdə İslahat könüllüləri ilə yanaşı “Azərbaycan Könüllü Təşkilatları İttifaqı”nın üzvləri: "Bir Könüllü" Tələbə Təşkilatı, Ekokönüllü, "Miqrasiya könüllüləri", “ASAN könüllüləri”,"SOCAR könüllüləri, "Femida könüllüləri"nin nümayəndələri də iştirak ediblər.

Təlimdə effektiv ünsiyyət və kommunikasiya, korporativ üslub qaydaları, böhran idarəetməsi, iş axtarışı strategiyası, özünü təqdimetmə bacarığı və digər mövzular üzrə fikir mübadiləsi aparılıb. Gülnarə İlham bildirib ki, hər bir peşə sahəsində bilik və təcrübə ilə yanaşı yumşaq bacarıqlar, effektiv ünsiyyət karyeranın inkişafında həlledici rol oynayır.

İnteraktiv keçən təlimdə gənclər komandalara bölünərək verilən tapşırıq əsasında böhran vəziyyətlərində yumşaq bacarıqların tətbiqini sınaqdan keçiriliblər. Sonda könüllülərin sualları cavablandırılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az