“İslahat Könüllüləri” Təşkilatının təşəbbüsü ilə növbəti videokonfrans keçirilib
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat Könüllüləri” Təşkilatının təşəbbüsü ilə İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlının könüllülərlə “Azərbaycan iqtisadiyyatı: Çağırışlar və perspektivlər” mövzusunda görüşü keçirilib.
Videokonfrans formatında keçirilən görüş zamanı Vüsal Qasımlı könüllüləri Vətən müharibəsində əldə olunan möhtəşəm zəfər münasibətilə təbrik edib. Onların informasiya müharibəsindəki böyük rolunu vurğulayaraq təşəkkür edib. Könüllülərlə görüş zamanı o büdcə siyasəti, monetar siyasət, ÜDM-in artımı, tədiyyə balansından danışıb, innovativ inkişaf istiqamətində görülən işlərdən bəhs edib. V.Qasımlı koronavirus (COVID-19) pandemiyasının bütün dünyada yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan iqtisadiyyatının makroiqtisadi vəziyyətinin sabit saxlanılması üçün görülən işlərdən danışıb. Həmçinin, 2021-ci ildə görüləcək işlər, qeyri-neft sektorunun inkişafı istiqamətində qarşıda duran məsələlərlə bağlı könüllüləri məlumatlandırıb. O əlavə edib ki, Azərbaycan artıq ikinci ildir ki, Dünya Bankının “Doing Business” hesabatında dünyanın ən islahatçı 10 ölkəsindən biridir. Bu isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli və davamlı islahatların nəticəsidir.
Görüşdə könüllülər icraçı direktorla mövzu ilə bağlı fikirlərini bölüşüb, suallarını ünvanlayıb, fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, videokonfransda İslahat Könüllüləri ilə yanaşı, Regional İnkişaf İctimai Birliyinin könüllüləri, Aqrar İnkişaf Könüllüləri, Könüllü Gömrükçülər, "BİR" Könüllüləri, ASAN könüllüləri, Turizm könüllüləri və media nümayəndələri iştirak ediblər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib