"İslahat Könüllüləri" Təşkilatı XIII Məzun-Karyera Sərgisində təmsil olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İslahat Könüllüləri" Təşkilatı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən XIII Məzun-Karyera Sərgisində xüsusi stend ilə təmsil olunub. Sərginin açılış mərasimində çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetdə ənənəvi olaraq keçirilən Məzun-Karyera Sərgisinin tələbə və məzunların işlə təmin olunmasında və təcrübə imkanlarının genişlənməsində mühüm rol oynadığını bildirib. 100-ə yaxın dövlət qurumu və özəl şirkətin təmsil olunduğu sərgidə "İslahat Könüllüləri" Təşkilatının rəhbəri İsmət Vaqifzadə stendlərlə tanış olan ADNSU-nun rektoru Mustafa Babanlı, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Energetika nazirinin müavini Kamal Abbasova təşkilatın məqsədi və fəaliyyəti haqqında ətraflı məlumat verib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib