19 dekabr 2022, 12:37

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İslahat Könüllüləri" Təşkilatı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən XIII Məzun-Karyera Sərgisində xüsusi stend ilə təmsil olunub. Sərginin açılış mərasimində çıxış edən  ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetdə ənənəvi olaraq keçirilən Məzun-Karyera Sərgisinin tələbə və məzunların işlə təmin olunmasında və təcrübə imkanlarının genişlənməsində mühüm rol oynadığını bildirib.  100-ə yaxın dövlət qurumu və özəl şirkətin təmsil olunduğu sərgidə "İslahat Könüllüləri" Təşkilatının rəhbəri İsmət Vaqifzadə stendlərlə tanış olan ADNSU-nun rektoru Mustafa Babanlı, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Energetika nazirinin müavini Kamal Abbasova təşkilatın məqsədi və fəaliyyəti haqqında ətraflı məlumat verib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az