“İslahat Könüllüləri” Silahlı Qüvvələr Günü münasibətilə maarifləndirici görüş keçirib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən “İslahat Könüllüləri” Təşkilatının dəstəyi ilə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə maarifləndirici görüş keçirilib. Tədbirin qonağı Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri, tarix üzrə elmlər namizədi, Bakı Dövlət Universitetinin dosenti Bəxtiyar Nəbiyev olub.
“İslahat Könüllüləri” Təşkilatının rəhbəri Nailə Cəfərova 26 İyun – Silahlı Qüvvələr Gününün Azərbaycan dövlətçiliyi və milli təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, bu cür maarifləndirici görüşlər gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsinə, dövlətçilik dəyərlərinin təbliğinə və tarixi biliklərin artırılmasına mühüm töhfə verir.
Bəxtiyar Nəbiyev çıxışında Azərbaycan Ordusunun yaranma və inkişaf tarixindən, ölkəmizdə həyata keçirilən müasir ordu quruculuğu prosesindən ətraflı bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılması və möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərini xüsusi qeyd edərək, bu siyasətin hazırda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Qonaq həmçinin Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolundan, zəngin hərbi ənənələrindən, ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında oynadığı mühüm roldan danışıb. O, gənclərin milli-mənəvi dəyərlərə sadiq, yüksək vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə “İslahat Könüllüləri” ilə yanaşı, ölkədə fəaliyyət göstərən müxtəlif könüllü təşkilatlarının nümayəndələri – “Eko Könüllülər”, “Ailəm Könüllüləri”, “ASAN Könüllüləri” və “Gənc Gömrükçülər” də iştirak ediblər.
Görüş interaktiv müzakirələrlə davam edib, Bəxtiyar Nəbiyev iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Sonda xatirə şəkli çəkdirilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib