İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ABŞ - Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışovu qəbul edib
Görüşdə Vüsal Qasımlı ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması məqsədilə “Azərbaycan 2020 Strateji Yol Xəritəsinin” tərtibi və icrasının monitorinq edilməsində Mərkəzin fəaliyyəti və Azərbaycan məhsullarının xarici bazarlara çıxışını asanlaşdıran https://azexport.az/, rəqəmsal ticarət platforması olan https://dth.az/ və kiçik və orta sahibkarlar, startup və investorlara xidmət edən http://enterpriseazerbaijan.gov.az/ kimi Mərkəzin operator olduğu e-portallar barədə məlumat verib.
Eyni zamanda, Strateji Yol Xəritələrində qarşıya qoyulmuş hədəflərə nail olunduğunu, belə ki, ildə ən azı 3% ümumi daxili məhsul artımının təmin edildiyini və Azərbaycanın Dünya Bankı tərəfindən dünyanın ən islahatçı ölkələrindən biri kimi “Doing Business” reytinqində yüksək nəticə göstərdiyini qonağın diqqətinə çatdırıb və ölkənin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması üzrə “Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının” (https://azranking.az/) fəaliyyəti barədə ətraflı məlumat verib.
V.Qasımlı USACC-ın Azərbaycanın Birləşmiş Ştatlarla ticarətin genişləndirilməsi və Azərbaycana investisiya qoyuluşunun stimullaşdırılması istiqamətində əhəmiyyətli imkanlara və şəbəkə potensialına malik olduğunu qeyd edib.
Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışov bildirib ki, 1995-ci ildə yarandığı gündən ABŞ - Azərbaycan Ticarət Palatası Azərbaycanla uzunmüddətli işgüzar əlaqələr qurmaq istəyən Amerika şirkətləri üçün mühüm resurs oynamaqla, 500-ə yaxın üzv şirkəti və iqtisadiyyatın bütün sektorlarından olan müxtəlif biznes qruplarını təmsil edir. USACC iki ölkə arasında işgüzar və ticarət əlaqələrinin təkmilləşdirilməsi üçün əsas körpü olmaqla kənd təsərrüfatı, tikinti, informasiya texnologiyaları, alternativ enerji və turizm kimi digər sektorlara investisiyaların təşviqini həyata keçirir. Eyni zamanda, Azərbaycan və ABŞ arasında ikitərəfli iqtisadi əlaqələri və layihələri təşviq etməklə yanaşı, Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi vasitəsilə ABŞ-da Azərbaycan haqqında daha geniş məlumat yayır və Azərbaycanın ümumi inkişafına təsir edə biləcək qeyri-kommersiya xarakterli layihələri müəyyən edərək həyata keçirir.
Sonda qonaq Mərkəzdə fəaliyyət göstərən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə tanış olub.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib