İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Beşinci Beynəlxalq Bankçılıq Forumu” nda çıxış edib
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda uğurla həyata keçirilən rəqəmsal transformasiyanın mühüm tərkib hissəsi kimi rəqəmsal bankçılığı qeyd etmək olar. “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində planlaşdırılmış tədbirlərin 70,3%-nin icrası yekunlaşmış, 4,6%-i qismən icra olunmuş, 25,1 %-i isə icra olunmamış hesab edilir. Proqramın 3 il ərzində ümumi icra nəticəsi 73 faiz səviyyəsində qiymətləndirilir. Proqram çərçivəsində rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması 83 faiz, bank sektorunun yenidən canlandırılması 54,5 faiz, rəqəmsal ekosistemin formalaşdırılması 70 faiz, rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi 100 faiz icra olunub.
Yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi istiqamətində Ani Ödənişlər Sisteminin (AÖS) yaradılması üzrə texniki infrastruktur hazırlanıb, sistemin tətbiqi üçün normativ hüquqi baza formalaşdırılması istiqamətində tədbirlər icra edilib, ödəniş infrastrukturunun iştirakçıları ilə inteqrasiya istiqamətində mühüm irəliləyişlərə nail olunub və sistem istismara verilib. ISO20022 standartlarının tətbiqi üzrə layihələrə beynəlxalq ekspertlər cəlb edilib. Bu standartların tətbiqi üzrə bank sektorunda mövcud vəziyyətin qiymətləndirilməsi aparılıb və mərhələli keçid planı hazırlanıb. Bank olmayan ödəniş xidməti təchizatçılarının bazarın aktiv iştirakçısına çevrilməsi və onlar tərəfindən innovativ ödəniş həllərinin tətbiqinin genişləndirilməsi məqsədilə təbliğat və təşviqat layihələri hazırlanıb, müvafiq istiqamətdə forum və müzakirələr keçirilib, fintek fəaliyyətlərinin təşviqi və koomunikasiyası üzrə assosiasiya yaradılıb. Ölkədə ən son maliyyə texnologiyalarının tətbiqi məqsədilə Rəqəmsal Transformasiya Planı hazırlanaraq Paylanılmış reyestr texnologiyasına əsaslanan Rəqəmsal İdentifikasiya Sistemi yaradılıb. Rəqəmsal bankçılığın inkişaf etdirilməsi məqsədilə elektron imza sertifikatlarından bütün növ rəqəmsal bank xidmətlərinin alınmasında və hökumət platformalarında qarşılıqlı istifadənin genişləndirilməsi istiqamətləri müəyyənləşdirilib, elektron imza sertifikatlarından bütün növ rəqəmsal bank xidmətlərinin alınmasında və hökumət platformalarında qarşılıqlı istifadə üzrə texniki imkanlar yaradılıb. Məsafəli bank xidmətlərinin tətbiqinin genişləndirilməsi istiqamətində rəqəmsal bankçılıq xidmətləri üzrə bank sektorunda cari vəziyyət qiymətləndirilib, məsafəli bank xidmətlərinin tətbiqinə mane olan amillər müəyyən edilmiş, internet və mobil bankçılıq xidmətlərinin bankların klassik xidmət paketinə daxil edilməsi üçün banklarla təbliğat və təşviqat işləri aparılıb. — Ölkəyə səfər edən xarici turistlərin nəqliyyatda (o cümlədən taksidə), əyləncə yerlərində, alış-veriş mərkəzlərində hesablaşmaları nağdsız qaydada həyata keçirmələrinə imkan verən öncədən ödənilmiş ödəniş məhsullarının yaradılması və təbliğatı təmin edilmişdir. Debet ödəniş kartı funksiyalarını özündə birləşdirən və beynəlxalq standartlara (“International Student Identity Card” – ISIC standartlarına) uyğun vahid tələbə kartlarının verilməsi imkanları qiymətləndirilmiş və tətbiq edilib.
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
“ŞƏT plyus” toplantısı türk dövlətləri arasında iqtisadi əməkdaşlığı artıracaq
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Azerbaijan and Türkiye: Leading through unity in global crises
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri