İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşı OECD-nin seminarında iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki, dosent Ramil Hüseyn İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dəvəti ilə 10-13 oktyabr 2016-cı il tarixlərində İtaliyanın Venesiya şəhərində keçirilən "Kiçik və Orta Sahibkarlığının rəqabətqabliyyətliyinin artırılması islahatlarına dəstək" (The Policy Seminar: Supporting SME Competitiveness Reforms) mövzusunda seminarda iştirak edib.
Seminar çərçivəsində iştirakçılar İtaliyanın Şimal Şərq Regionunda (Conegliano və Valdobbiadene ərazisində) yaradılanan şərabçılıq klasterinin və Venesiya şəhərinin yaxınlığındakı VEGA Elm və Texnologiya Parkının fəaliyyəti ilə tanış olmuşlar. Rəsmi şəxslərdən İtaliyada kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı görülən işlər barədə məlumat almışlar.
İİTKM-nin analitiki seminar zamanı aparılan müzakirələrə qatılıb və Azərbaycan Respublikasında bu sahədə aparılan islahatlar barədə iştirakçıları məlumatlandırıb. O, OECD-nin nümayənələri ilə görüşlərdə Azərbaycanda hazırlanan milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərindən birinin kiçik və orta sahibkarlıq səviyyəsində istehlak malları istehsalı və digər istehsalat olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, bu faktın özü kiçik və orta sahibkarlığın inkişafına xidmət edəcəkdir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılmasıda kiçik və orta sahibkarlığa yeni imkanlar yaradacaqdır.
OECD təmsilçilərinin nəzərinə çatdırılmışdır ki, Azərbaycanda sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələr həyata keçirən “ABAD” mərkəzlərinin yaradılması prosesinə başlanılmışdır.






Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar