İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində xarici alimlərlə islahatlar müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Rusiya və Gürcüstandan olan tanınmış alimlərlə görüş keçirib. V.Qasımlı Azərbaycanda yeni iqtisadi model quruculuğu barədə danışaraq, xüsusilə Strateji Yol Xəritələrinin icrasına toxunub. Bildirilib ki, Azərbaycanda strateji idarəetmə mexanizminin tətbiqinə başlanılır: "Azərbaycan təkcə mükəmməl strategiya sənədinə sahib deyil, həm də onun monitorinq və qiymətləndirilməsi şəffaf və hesabatlı aparılır. Bu isə cavabdeh qurumları motivasiya edir. İslahatın nəticələri ictimaiyyət və beynəlxalq qurumların iştirakı ilə müzakirə olunur. Neft amilinin təsirinin azaldığı halda Azərbaycanın dünya reytinqlərində irəliləməsi bilavasitə islahatların nəticəsidir."
Rusiya Elmlər Akademiyasının müxbir üzvü professor Georgi Borisoviç Kleyner bildirib ki, Azərbaycanın islahat təcrübəsi öyrənilməyə layiqdir. Rusiyalı akademik öz ölkəsində və Azərbaycanda aparılan iqtisadi islahatları müqayisə edərək elmi ictimaiyyətin əməkdaşlığının vacibliyini önə çəkib.
Gürcüstan Elmlər Akademiyasının həqiqi üzvü Vladimir Papavanın sözlərinə görə, Azərbaycanda iqtisadi islahatların sistemli xarakter daşıması Strateji Yol Xəritələrinin tərtib edilməsi ilə daha da təkmilləşib. Akademik Papava Gürcüstanda da strateji planlaşdırma və idarəetmə barədə məlumat verib.
Görüşün sonunda Vüsal Qasımlı qonaqların Azərbaycanda aparılan iqtisadi islahatlarla bağlı suallarını cavablandırıb.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu