İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) 18 iyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü münasibətilə maarifləndirici tədbir keçirilib.
İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri İlyas Hüseynov Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, 18 iyun 1998-ci il tarixində ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiqi ölkədə insan hüquqlarının müdafiəsi sisteminin formalaşdırılmasında mühüm mərhələ olub, 2007-ci ildə isə 18 iyun tarixinin İnsan Hüquqları Günü kimi təsis edilməsi bu sahəyə verilən önəmin göstəricisidir. Hər il ənənəvi olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 18 may-18 iyun tarixləri ölkə ərazisində “İnsan hüquqları aylığı” elan edilir.
Tədbirdə qonaq qismində çıxan edən millət vəkili, Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov insan hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması üçün dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, media və akademik dairələr arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Tədbirdə həmçinin qeyd olunub ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi insan hüquqlarının şəhər mühitində təmin olunması, əlçatan və inklüziv infrastrukturun yaradılması, təhlükəsiz və sağlam yaşayış mühitinin formalaşdırılması baxımından yeni imkanlar açır.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı”nın məqsəd və vəzifələri barədə məlumat verilib. Bildirilib ki, aylıq çərçivəsində insan hüquq və azadlıqlarının təşviqi, hüquqi maarifləndirmə fəaliyyətinin genişləndirilməsi, cəmiyyətin müxtəlif təbəqələrinin hüquqları ilə bağlı məlumatlılığının artırılması və müasir çağırışların müzakirəsi xüsusi əhəmiyyət daşıyır.
Sonda millət vəkili Azər Allahverənov tədbir iştirakçılarının və “İslahat Könüllüləri”nin suallarını cavablandırıb. Müzakirələr zamanı rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının inkişafı, şəxsi məlumatların qorunması, dezinformasiyaya qarşı mübarizə, inklüziv cəmiyyətin formalaşdırılması, həssas əhali qruplarının hüquqlarının müdafiəsi və postmünaqişə dövrünün yaratdığı yeni çağırışlar ətrafında fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları İnsan Hüquqları Gününün cəmiyyətdə hüquqi düşüncənin inkişafına, insan hüquq və azadlıqlarına hörmət mədəniyyətinin möhkəmlənməsinə və bu sahədə maarifləndirmə fəaliyyətlərinin genişlənməsinə mühüm töhfə verdiyini qeyd ediblər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib