İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində icraçı direktorun müavini təyin olunub
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ramil Hüseyn bu Mərkəzdə icraçı direktorun müavini vəzifəsinə təyin olunub. Bu barədə əmri İİTKM-in icraçı direktoru Vüsal Qasımlı imzalayıb. Ramil Hüseyn bu vaxta qədər İİTKM-in Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki R.Hüseyn Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 2015-2016-cı illərdə qonaq professor kimi İngiltərə Newcastle Universitetində tədqiqat aparıb. Həmçinin FAO və Katoloniya Universitetinin birgə təşkil etdiyi dövlət proqramlarının təsirinin qiymətləndirilməsi üzrə proqramı bitirib. 2006-2016-cı illərdə Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda aparıcı elmi işçi və şöbə müdiri vəziflərində işləyib. Eyni zamanda 2011-2016-ci illərdə BMT-nin Ərzaq və Kənd Təsərüfatı Təşkilatının (FAO) ölkəmizdə həyata keçirtdiyi müxtəlif layihələrdə milli məsləhətçi olub. Dövlət iqtisad Universitetində pedaqoq kimi fəaliyyət göstərib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib