İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Əmək və məşğulluq” mövzusunda görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) sahibkarlarla müzakirəsinə həsr olunmuş görüş keçirilib.
Dəyirmi masada İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, Milli Məclisin Komitə sədri Musa Quliyev, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli çıxış ediblər. Natiqlər “Əmək və Məşğulluq” altsistemi istifadəyə verilməsinin əmək münasibətlərində köklü dəyişikliklərə səbəb olacağı vurğulanıb. Bildirilib ki, yeni altsistemin tətbiqi əmək bazarının bütün iştirakçıları üçün faydalı olacaqdır və ölkəmizdə bu sahə üzrə ciddi dəstək mexanizmi formalaşdırır. Belə ki, sözügedən altsistem vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçilməsi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların rəqəmsal müstəviyə keçirilməsi təmin olunur. Həmçinin bu e-platforma işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq proqramlarına əlçatanlığını daha da artıracaq.
Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, “Paşa Holding” MMC-in, “Deloitte Azerbaijan”ın, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-in, Auditorlar Palatasının, Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan-Fransa Ticarət Palatasının, AMCHAM-ın, Azərbaycan Sənaye Korporasiyasının, “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İB-in, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin, “Ernst and Young Azerbaijan”ın, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının və Azərbaycan Türkiyə İş Adamları Birliyinin nümayəndələri iştirak edib.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu