İqtisadi Islahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankı ilə görüş olub
İqtisadi Islahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Dünya Bankının Azərbaycanda olan missiyasını qəbul edib. Müzakirələr zamanı bildirilib ki, Dünya Bankının Azərbaycanda Məşğulluq Strategiyasının Hazırlanması və Sosial Müdafiə Şəbəkəsinin Gücləndirilməsi üzrə Texniki Yardıma Dəstəklə bağlı Missiya, 2015 –ci il üzrə Sosial Rifahla bağlı Azərbaycan üzrə Monitorinq Sorğusunun məlumatlarının təhlilini aparıb. Təhlilin məqsədi, ümumilikdə sosial müdafiə, xüsusi ilə Ünvanlı Sosial Yardım proqramlarının səmərəliliyi və effektivliyinin qiymətləndirilməsi olub. Görüş zamanı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı isə ölkədə sosial rifahın yüksəldilməsi üçün aparılan işlər barədə Bankın nümayəndələrinə məlumat verib. Danışıqlarda qeyd olunub ki, 2016-2030-cu illəri əhatə edən Məşğulluq Strategiyasının layihəsi üzrə müzakirələrin davamlı olması bu istiqamətdə görülən işlərin effektivliyini artıracaq.
Qeyd edək ki, missiyaya sosial müdafiə üzrə baş mütəxəssis və tapşırıq qrupu rəhbəri Marina Petroviç, aparıcı iqtisadçılar Aleksandra Posarak, Arvo Kuddo, Nişta Sinha, Sayleş Tivari və səhiyyə üzrə mütəxəssis Elvira Anadolu daxildir.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu