24 oktyabr 2016, 10:35

 İqtisadi Islahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Dünya Bankının Azərbaycanda olan missiyasını qəbul edib. Müzakirələr zamanı bildirilib ki,  Dünya Bankının Azərbaycanda Məşğulluq Strategiyasının Hazırlanması və Sosial Müdafiə Şəbəkəsinin Gücləndirilməsi üzrə Texniki Yardıma Dəstəklə bağlı Missiya, 2015 –ci il üzrə  Sosial Rifahla bağlı Azərbaycan üzrə Monitorinq Sorğusunun məlumatlarının təhlilini aparıb. Təhlilin məqsədi, ümumilikdə sosial müdafiə, xüsusi ilə Ünvanlı Sosial  Yardım proqramlarının səmərəliliyi və effektivliyinin qiymətləndirilməsi olub. Görüş zamanı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı isə ölkədə sosial rifahın yüksəldilməsi üçün aparılan işlər barədə Bankın nümayəndələrinə məlumat verib. Danışıqlarda qeyd olunub ki, 2016-2030-cu illəri əhatə edən Məşğulluq Strategiyasının layihəsi üzrə müzakirələrin davamlı olması  bu istiqamətdə görülən işlərin effektivliyini artıracaq.

Qeyd edək ki, missiyaya sosial müdafiə üzrə baş mütəxəssis və tapşırıq qrupu rəhbəri Marina Petroviç, aparıcı iqtisadçılar Aleksandra Posarak, Arvo Kuddo, Nişta Sinha, Sayleş Tivari və səhiyyə üzrə mütəxəssis Elvira Anadolu daxildir. 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az