İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi analitik və layihə assistenti vəzifələrinə vakansiya elan edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi analitik və layihə assistenti vəzifələrinə vakansiya elan edir

Öz peşəkar qabiliyyətlərinə güvənən, bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların daha da genişləndirilməsi və onların müntəzəmliyinin təmin edilməsi, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə edilməsi, yeni konseptual yanaşmaların tətbiqi, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadə edilməsi istiqamətində ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Layihə assistenti

Vəzifə öhdəlikləri: 

 

  • Layihələrin idarə edilməsi ilə bağlı daxili proseduralara uyğun olaraq bütün layihə fəaliyyətlərinin icra edilməsi; 
  • Layihə hesabatlarının yazılması;
  • Yeni və innovativ layihə ideyalarının təqdim edilməsi;
  • Layihələrin gündəlik işlərinə nəzarət; 
  • Layihə fəaliyyətinin monitorinq və qiymətləndirilməsinin aparılması;
  • Beynəlxalq təşkilatların istəklərinə uyğun hesabatların tərtib edilməsi
  • Həyata keçirilən tədbirlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsi;
  • Layihə təkliflərinin yazılması. 

 

Təhsil və ixtisas tələbləri: ali təhsil (menecment, layihələrin idarə edilməsi, biznesin təşkili və idarə edilməsi,iqtisadiyyat);

Staja dair tələb: Layihələrin idarə edilməsi, hesabatların yazılması sahəsində azı 2 il iş təcrübəsi;;

Kompyüter biliklərinə dair tələblər: MS Office, Internet və s. - yüksək səviyyədə

Dil bilikləri: azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır;

Xüsusi bacarıqlar: komandada işləmək bacarığı; çoxsaylı tapşırıqlar və məhdud zaman gərginliyi altında işləmə bacarığı; komanda idarəçiliyi bacarığı; ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar ilə işləmək təcrübəsi, problemi həll etmək və qərarvermə qabiliyyəti, ünsiyyət qabiliyyəti.

 

Analitik

 

Vəzifə öhdəlikləri:

  • maliyyə-iqtisadi vəziyyəti nəzərə almaqla, ölkə daxilində baş verən sosial-iqtisadi prosesləri təhlil etmək, gözlənilən iqtisadi dəyişiklikləri proqnozlaşdırmaq;
  • ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaq, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaq;
  • ölkənin iqtisadi potensialının artırılması, qeyri-neft sektorunun inkişafı, əlverişli investisiya mühitinin yaradılması, habelə yerli və xarici investorların cəlb edilməsi məqsədi ilə beynəlxalq təcrübəni araşdırmaq;
  • qlobal iqtisadi tendensiyaları araşdırmaq, ölkə daxilində və xaricdə maliyyə-iqtisadi münasibətləri təhlil etmək, qonşu dövlətlərlə iqtisadi münasibətlərin inkişafına dair tədqiqatlar aparmaq, bu sahədə mövcud çağırışları qiymətləndirmək və bununla bağlı elmi-analitik və proqnoz xarakterli təkliflər hazırlamaq;
  • aparılan iqtisadi islahatların nəticələrini, islahatların gedişi prosesində dövlət, özəl sektor və ictimaiyyət arasında qarşılıqlı etimadın inkişaf tendensiyasını təhlil etmək;
  • iqtisadiyyatın müxtəlif seqmentlərində müasir hadisə və meyilləri, aparılan yeni elmi tədqiqatların nəticələrini mütəmadi olaraq izləmək;
  • tədqiqatların və onların işlənilməsinin yeni istiqamətlərini formalaşdırmaq, işlərin proqramlarının hazırlanmasını təşkil etmək, onların aparılmasının metod və vasitələrini müəyyənləşdirmək;
  • tədqiqatların aparılmasına elmi rəhbərliyi həyata keçirmək, bu tədqiqatlarla məşğul olan işçi qrupuna başçılıq etmək;
  • departamentin inkişaf və proqnozlaşdırma problemləri üzrə informasiya xarakterli müraciətlərini cavablandırmaq.

Təhsil və ixtisas tələbləri: ali təhsil (iqtisadiyyat və idarəetmə, maliyyə, ekonometrika ixtisası, elmi dərəcənin olması arzuolunandır);

Staja dair tələb: müvafiq sahədə 1-3  il  iş təcrübəsi;

Kompyüter biliklərinə dair tələblər: MS Office, Internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və riyazi tətbiqi proqramlar (arzuolunandır); 

Dil bilikləri: azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır;

Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti, layihələrin qiymətləndirilməsi və ünsiyyət qabiliyyəti.

 

Əməkdaşlıqda maraqlı olan şəxslər 2022-ci il 6 iyun tarixinə kimi CV-ni mövzu hissəsində müvafiq olaraq Layihe assistentivə ya “analitik” qeyd etməklə vacancy@ereforms.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Qeyd edək ki, yalnız CV-i məqbul hesab olunan namizədlərlə əlaqə saxlanılacaq.

 

 

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R