“İqtisadi islahatlar” jurnalının 13-cü sayı çap olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçisi olduğu “İqtisadi islahatlar” elmi-analitik jurnalının 13-cü sayı işıq üzü görüb. Jurnalın sonuncu sayında çap edilən səkkiz məqalə “Süni intellekt və dayanıqlı inkişaf məqsədləri: qlobal perspektiv və Azərbaycan konteksti”, "Rəqəmsallaşmanın iqtisadiyyatda rolu", "Azərbaycanda xalis ixracın dəyişməsinin multiplikativ effektlərinin qiymətləndirilməsi", "Azərbaycanda işsizik dərəcəsinin fərd başına düşən ümumdaxili məhsula təsirinin ekonometrik təhlili", "Turizmin Azərbaycan regionlarının maliyyə dayanıqlığına təsiri", “Azərbaycanda rəqəmsal infrastrukturun inkişafının turizm sektorunun rəqabət qabiliyyətinə təsiri”, "Mərkəzi və Şərqi Avropa ölkələrində institusional keyfiyyətin CO2 emissiyalarına təsiri", "Orta dəhlizlə bağlı fundamental tədqiqat əsəri” kimi aktual mövzuları əhatə edir.
Qeyd edək ki, “İqtisadi islahatlar” ölkəmizin ən nüfuzlu elmi jurnallarından biridir və onun beynəlxalq bazalarda indeksləşdirilməsi istiqamətində fəaliyyət uğurlu nəticələr verir. Artıq jurnal nüfuzlu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərindən (bazalarından) hesab edilən Norveçin “ERIH+” bazası tərəfindən indeksləşdirilib (https://erihplus.hkdir.no/journal?id=509184). Eyni zamanda jurnalın bütün sayları “Internet Archive”ə (archive.org) yerləşdirilib. “Internet Archive” 1996-cı ildən fəaliyyət göstərən qeyri-kommersiya rəqəmsal kitabxanadır. Bu platforma istifadəçilərə milyonlarla kitab, məqalə və veb-səhifələrə pulsuz çıxış verir. Bura məlumatların, o cümlədən elmi tədqiqatların uzunmüddətli qorunması üçün vacib resurs hesab olunur (https://archive.org/details/httpsereforms.gov.azazpublications4). Hazırda jurnalın digər beynəlxalq xülasələndirmə və indeksləmə bazaları tərəfindən indeksləşdirilməsi istiqamətində iş davam edir.
“İqtisadi islahatlar” elmi-analitik jurnalının 13-cü sayı ilə bu link vasitəsilə tanış ola bilərsiniz: https://journal.ereforms.org/az/journal/13/2025-2-13








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib