“İqtisadi islahatlar” elmi-analitik jurnalının yeni sayı nəşr olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçisi olduğu “İqtisadi islahatlar” elmi-analitik jurnalının 2022-ci il üçün üçüncü sayı işıq üzü görüb. Jurnalın son sayında Azərbaycan dilində “Türk dünyasına baxış 2040”ın reallaşdırılmasının iqtisadi inkişafa təsiri”, “Beyin mərkəzlərinin sosial-iqtisadi inkişafda rolu”, “Cənub Qaz Dəhlizi: Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolu”, “Azərbaycanda ahılların sosial müdafiəsi və dünya təcrübəsi”, “Azərbaycanda qeyri-neft sektorunun inkişafı və onun qiymətləndirilməsi”, “Dördüncü sənaye inqilabının məşğulluğa təsirləri”, “İnsan kapitalının inkişafında əmək motivasiyasının rolu”, “Azərbaycan Respublikasının keyfiyyətli ərzaq təminatında işğaldan azad edilmiş ərazilərin potensial imkanları” və “Xurma məhsulu üzrə ticarət dövriyyəsi: mövcud vəziyyət və yeni rəqəmsal imkanlar” və ingilis dilində “Investment attraction: Case study-Azerbaijan” (İnvestisiya cəlbediciliyi : Azərbaycan nümunəsi) kimi aktual mövzuları əhatə edən elmi-analitik məqalələrə yer verilib.
Məlumat üçün qeyd edək ki, “İqtisadi islahatlar” elmi-analitik jurnalında əsasən, Azərbaycan və ingilis dillərində iqtisadiyyata aid məqalələr dərc edilir. Mərkəzin əməkdaşları ilə yanaşı kənar müəlliflər də elmi-analitik məqalələrini “İqtisadi islahatlar” jurnalına təqdim edə bilər.
Məqalələrin onlayn qaydada təqdim edilməsi üçün jurnalın internet səhifəsində müvafiq imkanlar yaradılıb (https://journal.ereforms.org/az/submit-article).









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib