“İqtisadi İslahatlar” elmi-analitik jurnalının ilk sayı nəşr olunub
2021-ci ilin noyabr ayından etibarən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən “İqtisadi İslahatlar” elmi-analitik jurnalının nəşrinə başlanılıb. Jurnalın ilk sayında “Xammal ixrac edən ölkələrdə real effektiv məzənnənin tarazlığı: Azərbaycan təcrübəsi”, “Pandemiya şəraitində qeyri neft-qaz ixracı: mövcud vəziyyətin təhlili”, “Monitorinq və qiymətləndirmənin dövlət idarəçiliyinin təkmilləşdirilməsində rolu”, “Bank sektorunda strateji inkişaf trendləri”, “Müasir iqtisadi inkişafda hökumətin rəqəmsal transformasiyasının rolu”, “Rəqəmsal iqtisadiyyatın inkişafı: Azərbaycanda rəqəmsal iqtisadiyyatın cari vəziyyəti və gələcək perspektivlər”, “Korporativ idarəetmədə əməliyyatarın idarə olunması”, “Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın yeni mərhələsi”, “Dövlət Nəzarəti İnformasiya Sistemi: İdarəçilik islahatlarına rəqəmsal dəstək” və "Azərbaycanda tətbiq edilən özünüməşğulluq proqramının sosial-iqtisadi inkişafda rolu" kimi aktual mövzuları əhatə edən elmi-analitik məqalələr verilib.
“İqtisadi İslahatlar” jurnalının müntəzəm olaraq nəşr edilməsi planlaşdırılır. Jurnalda əsasən Azərbaycan, rus və ingilis dillərində iqtisadiyyata aid məqalələr dərc ediləcəkdir.
Məlumat üçün qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir. Məhz İİTKM nizamnaməsinə uyğun olaraq ölkədə həyata keçirilən islahat tədbirləri ilə bağlı ictimaiyyəti məlumatlandırır, elmi-analitik jurnal, bülleten buraxır, internet səhifəsi yaradır, kitablar, məqalələr və digər materiallar nəşr edir. “İqtisadi islahatlar” jurnalı da İİTKM qarşısına qoyulan məqsədlərə uyğun olaraq hazırlanıb.
“İqtisadi İslahatlar” jurnalı ilə aşağıdakı link vasitəsi ilə İİTKM saytından tanış olmaq olar: https://ereforms.gov.az/az/neshrler/iqtisadi-islahatlar-jurnali









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib