“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Yaradıcı və innovativ cəmiyyət” məqsədi çərçivəsində “İnnovasiya” İşçi qrupunun iclası keçirilib. İclasda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) 2025-ci ildə həyata keçirilən tədbirlər üzrə apardığı monitorinq və qiymətləndirmənin nəticələri müzakirə edilib.
“İnnovasiya” İşçi qrupuna daxil olan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə qarşıya qoyulan vəzifələrin vaxtında və yüksək keyfiyyətlə icrası istiqamətində təklif və tövsiyələr səsləndirilib. Eyni zamanda Strategiyanın icra müddətinin son ili olduğunu nəzərə alaraq, icrası tamamlanmamış tədbirlərin 2026-cı ilin sonunadək yekunlaşdırılmasına dair tapşırıqlar verilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Təranə Salıfova və Mərkəzin Rəqəmsal Ticarət Qovşağının rəhbəri vəzifəsini icra edən Aygün Əhmədova “Yaradıcı və innovativ cəmiyyət” məqsədi çərçivəsində 2025-ci il ərzində görülmüş işlərə dair monitorinq və qiymətləndirmə hesabatını təqdim ediblər.
“İnnovasiya” İşçi qrupuna rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov sədrlik edir və İşçi qrupda İİTKM, İqtisadiyyat, Elm və Təhsil, Xarici İşlər, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Müdafiə Sənayesi, Kənd Təsərrüfatı, Mədəniyyət və Energetika nazirlikləri, həmçinin Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Əqli Mülkiyyət Agentliyi və AMEA-nın rəhbər şəxsləri təmsil olunurlar.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib