İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
İllər əvvəl irəli sürülmüş “neft kapitalının insan kapitalına çevrilməsi” ideyası bu gün daha geniş, daha dərin və qlobal çağırışlara uyğun məzmunla təqdim olunur. Prezident İlham Əliyevin xüsusi vurğuladığı məqam ondan ibarətdir ki, təbii resurslar məqsəd deyil, vasitədir və dayanıqlı inkişafın əsas təminatçısı elm, texnologiya və bilik iqtisadiyyatıdır.
Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov bildirib ki, tarixin bütün mərhələlərində bilikdən istifadə olunub. Lakin əvvəlki dövrlərdə bilik əsasən istehsal proseslərinin səmərəliliyini artıran, mövcud resurslardan daha effektiv istifadəni təmin edən vasitəçi rolunu oynayırdı. İnformasiya və rəqəmsal transformasiya dövründə isə bilik artıq ayrıca kapital dəyəri daşıyır. Sənaye dövründə texniki və maliyyə baxımından mümkünsüz sayılan bir çox proseslər bu gün elmin və texnologiyanın tətbiqi nəticəsində reallaşır. Bu transformasiya dünya iqtisadiyyatının strukturunu dəyişməklə yanaşı, ölkələr arasında rəqabətin mahiyyətini də köklü şəkildə yeniləyib.
Məhz bu reallıqları nəzərə alaraq, Azərbaycan son illərdə iqtisadi siyasətində innovasiya, rəqəmsallaşma və startap ekosisteminin formalaşdırılmasını prioritet istiqamət kimi müəyyən edib. Qeyri-neft sektorunun gücləndirilməsi, yüksək əlavə dəyər yaradan sahələrin inkişafı və texnologiya əsaslı biznes modellərinin təşviqi dövlət siyasətinin əsas sütunlarından birinə çevrilib. Bu kontekstdə 2018-ci ildə Prezidentin müvafiq Sərəncamına əsasən “Enterprise Azerbaijan” portalının yaradılması təsadüfi deyil.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının əsas məqsədi ölkənin investisiya cəlbediciliyini artırmaqla yanaşı, alternativ maliyyələşmə mexanizmlərini genişləndirmək və innovativ təşəbbüslər üçün əlverişli mühit formalaşdırmaqdır. Qlobal təcrübə göstərir ki, investorların maraqları zamanla dəyişir və getdikcə ənənəvi sahələrdən yüksək texnologiyalara, bilik və innovasiya əsaslı layihələrə yönəlir. Bu baxımdan “Enterprise Azerbaijan” portalının fəaliyyətlərində məhz yüksək texnologiyaların və startap təşəbbüslərinin dəstəklənməsinə xüsusi önəm verilməsi strateji baxımdan tam əsaslandırılmış yanaşmadır.
Portal çərçivəsində həyata keçirilən “Startup School” layihələri Azərbaycanda innovasiya ekosisteminin formalaşmasına mühüm töhfə verir. Bu təşəbbüslər təkcə gənc startapların ideyadan bazara çıxışına dəstək göstərmir, eyni zamanda ölkədə sahibkarlıq mədəniyyətinin yeni mərhələyə keçidini stimullaşdırır. Startap məktəbləri vasitəsilə yerli innovatorlar beynəlxalq mentorluq, şəbəkələşmə və investisiya imkanları əldə edir ki, bu da insan kapitalının real iqtisadi dəyərə çevrilməsinin praktiki mexanizmidir.
Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi xəttin əsas üstünlüyü ondan ibarətdir ki, innovasiya və texnologiya yalnız ayrıca sektor kimi deyil, bütün iqtisadiyyatın dayanıqlı inkişafını təmin edən əsas dayaq nöqtəsi kimi qiymətləndirilir. Bu yanaşma Azərbaycanı qlobal bilik iqtisadiyyatına inteqrasiya edən, rəqabətqabiliyyətli və uzunmüddətli inkişaf modelinə malik ölkə kimi mövqeləndirir.
Nəticə etibarilə, neft gəlirlərinin insan kapitalına, bilik və texnologiya potensialına yönəldilməsi Azərbaycanın gələcək inkişafının ən etibarlı təminatıdır. “Enterprise Azerbaijan” portalı və onun həyata keçirdiyi təşəbbüslər bu strateji baxışın institusional təzahürüdür və ölkədə innovasiya ekosisteminin formalaşmasında mühüm rol oynamağa davam edir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib