“İnklüziv sosial inkişaf və sosial təminat” İşçi qrupunun növbəti iclası keçirilib
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan hədəflərin icrası ilə bağlı “İnklüziv sosial inkişaf və sosial təminat” üzrə İşçi qrupun növbəti iclası keçirilib. İclas Strategiyada nəzərdə tutulan “İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi” və Yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət” məqsədləri üzrə 2024-cü il ərzində görülmüş işlərin monitorinq və qiymətləndirməsinə dair hesabatın müzakirəsinə həsr olunub.
İşçi qrupun sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev aparılan sosial islahatlar çərçivəsində əməkhaqqı sisteminin təkmilləşdirilməsi, sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırılıb.
Həssas qruplar üçün məşğulluq imkanlarının artırılması, əmək bazarında işçi qüvvəsinə tələb və təklifin uyğunlaşdırılması və rəqabətqabiliyyətli kadr potensialının inkişafı sahələrində aparılan işlərdən bəhs olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn Strategiyada nəzərdə tutulmuş sosial məqsədlər üzrə həyata keçirilən tədbirlərlə bağlı monitorinq və qiymətləndirmənin bu məqsədlərin icrası prosesində qarşıda duran əsas çağırışları, habelə tövsiyələri müəyyən etmək baxımından önəmini qeyd edib.
İşçi qrupun sədr müavini, İİTKM-in İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov “İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi” məqsədi üzrə üç fəaliyyət istiqamətində (“Əməkhaqqı sisteminin təkmilləşdirilməsi”, “Özəl sektorda məşğulluğun inkişafının stimullaşdırılması” və “Məşğulluğun səmərəliliyinin artırılması”) görülən işlərlə bağlı aparılmış ilkin monitorinq və qiymətləndirmənin nəticələri barədə məlumat verib. Qiymətləndirmə nəticəsində müəyyən edilmiş əsas çağırışlar və tövsiyələr diqqətə çatdırılıb.
Görülmüş işlərə dair İşçi qrupun üzvləri tərəfindən müzakirələr aparılıb, təkliflər səsləndirilib.
“İnklüziv sosial inkişaf və sosial təminat” üzrə İşçi qrupunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə yanaşı, Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin, Mərkəzi Bankın, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Gənclər Fondunun rəhbər şəxsləri təmsil olunurlar.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf