İİTKM Zəfər günü ərəfəsində “Qarabağ və Şərqi Zəngəzura investisiya” mövzusunda islahat icmalı təqdim edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İslahat icmalı”nın xüsusi buraxılışını “Qarabağ və Şərqi Zəngəzura investisiya” mövzusuna həsr edib.
İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva bildirib ki, icmalın təqdim olunmasında məqsəd regionda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin yaratdığı investisiya imkanlarını, həmçinin kənd təsərrüfatı, sənaye, enerji və turizm kimi mühüm sahələrdəki potensialı yerli və xarici investorları məlumatlandırmaqdan ibarətdir.
Daha geniş auditoriyaya çatması üçün ingilis dilində hazırlanan “Qarabağ və Şərqi Zəngəzura investisiya” icmalı beş bölmədən ibarətdir. Birinci bölmə Qarabağ və Şərqi Zəngəzurun ümumi mənzərəsi ilə yanaşı, 2020-2024-cü illərdə bu regiona ayrılan dövlət vəsaitləri və tətbiq olunan yeni idarəetmə modeli haqqında məlumatları əhatə edir. İkinci bölmədə Qarabağ və Şərqi Zəngəzurda biznes mühitinə diqqət ayrılır, dövlət tərəfindən sahibkarlıq subyektlərinə tətbiq olunan güzəştlər digər stimullar barədə məlumat verilir. Üçüncü bölmədə regionda yaradılan nəqliyyat - kommunikasiya infrastrukturu və hazırda davam edən infrastruktur layihələri barədə məlumatlar öz əksini tapır. İcmalın dördüncü bölməsində əsasən regionun potensial inkişaf sahələri barədə məlumatlar qeyd edilir. Xüsusilə Qarabağ iqtisadi rayonunda yerləşən “Ağdam Sənaye Parkı” və Şərqi Zəngəzurda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkılarında yaradılan imkanlar vurğulanır. Parkların rezidentləri üçün təqdim olunan güzəştlər və investisiya üçün prioritet sahələr qeyd olunur. Sonuncu bölmədə isə Qarabağ və Şərqi Zəngəzurun gələcək perspektivləri və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan strateji vizyon barədə məlumat verir.
Günay Quliyeva bildirib ki, “Qarabağ və Şərqi Zəngəzura investisiya” icmalı regionun inkişaf potensialı və investisiya imkanları ilə bağlı biznes subyektləri, potensial investorlar, eləcə də qərar qəbul edən şəxslər üçün əhəmiyyətli və informativ bir mənbədir.
Qeyd edək ki, regionda hazırda bərpa-quruculuq işlərinin davam etdiyini nəzərə alaraq icmalda əks olunan məlumatların dövrü olaraq yenilənməsi nəzərdə tutulur.
https://ereforms.gov.az/files/review/pdf/az/68e2382ea6745ea6d4cb6d82b0a4dd9b.pdf








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib