İİTKM və Pakistan Xarici Əlaqələr Şurası əməkdaşlıq edəcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Pakistan Xarici Əlaqələr Şurasının nümayəndələri arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Onlayn görüş zamanı İİTKM-in icraçı direktoru, iqtisadi elmləri doktoru, professor Vüsal Qasımlı Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətini xüsusi vurğulayıb. O, qeyd edib ki, hər iki ölkənin beyin mərkəzləri arasında iqtisadi tədqiqatlar sahəsində əməkdaşlığın həyata keçirilməsi bu münasibələrin inkişaf etdirilməsinə töhfə verəcək. V.Qasımlı, həmçinin Azərbaycanda aparılan iqtisadi islahatlar, beynəlxalq reytinqlərdə ölkənin mövqeyi barədə ətraflı məlumat təqdim edib. Bundan başqa, o, Mərkəz tərəfindən icra olunan monitorinq və qiymətləndirmə fəaliyyəti, Azexport.az, EnterpriseAzerbaijan.com, Rəqəmsal Ticarət Qovşağı, Azranking.az barədə ətraflı danışıb.
V.Qasımlı pakistanlı investorların Azərbaycan iqtisadiyyatına maraqlarının böyük olduğunu və xüsusilə işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji və dayanıqlı infrastrukturun yaradılması sahəsində Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsinin ölkələrin iqtisadi inkişafına öz müsbət töhfəsini verəcəyini qeyd edib.
Professor əlavə edib ki, hazırda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRIC) ilə “İƏT ölkələrinin iqtisadiyyatı” adlı kitabın nəşri üzrə birgə layihə icra olunmaqdadır. V.Qasımlı Pakistan Xarici Əlaqələr Şurasının tədqiqatçılarını bu layihədə iştirak etməyə dəvət edib.
Görüşdə Pakistan Xarici Əlaqələr Şurasının sədri, səfir Syed Hasan Habib rəhbərlik etdiyi qurumun Azərbaycanla sıx əlaqələrin qurulmasına xüsusi önəm verdiyini və imzalanan Anlaşma Memorandumunun gələcəkdə İİTKM-lə Pakistan Xarici Əlaqələr Şurası arasında birgə əməkdaşlıq üçün zəmin rolunu oynayacağını qeyd edib. O, xüsusilə də Pakistan-Azərbaycan ticarət əlaqələrini inkişaf etdirmək üçün birgə tədqiqatlar sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Onlayn müzakirədə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn, İİTKM-in icraçı direktorunun müşaviri Ayaz Müseyibov, İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zənurə Talıbova, "Enterprise Azerbaijan" portalının rəhbəri Mətanət Musayeva, Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi Vüsalə Cəfərova, eləcə də Pakistan Xarici Əlaqələr Şurasının icraçı katibi Syed Ghulam Raza iştirak ediblər.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib