İİTKM və Koreya İnkişaf İnstitutu arasında onlayn görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Koreya İnkişaf İnstitutu (KDI) arasında onlayn formatda görüş keçirilib. KDI-ın Beynəlxalq İnkişaf Mərkəzinin icraçı direktoru cənab Sanghoon Ahn, Əməliyyatları idarəetmə qrupunun rəhbəri xanım Dahyun Noh və Beynəlxalq İnkişaf Mərkəzinin Planlaşdırma və qiymətləndirmə şöbəsinin rəhbəri xanım Hanee Çanqın iştirak etdiyi görüşdə birgə əməkdaşlıq imkanları və Bilik Mübadiləsi Proqramı (KSP) haqqında təqdimatlar edilib. İİTKM-in Layihələr departamentinin rəhbəri Vüsalə Cəfərova ölkədə aparılan iqtisadi islahatlar, strateji hədəflər, İİTKM tərəfindən həyata keçirilən tədqiqat sahələri və monitorinq və qiymətləndirmə fəaliyyəti barədə ətraflı məlumat verib.
Təqdimatlardan sonra Bilik Mübadiləsi Proqramında iştiraka dair Mərkəzin aidiyyatı departament rəhbərlərinin iştirakı ilə işçi müzakirələr davam etdirilib. Sonda KDI-ın Beynəlxalq İnkişaf Mərkəzinin icraçı direktoru cənab Sanghoon Ahn iki qurum arasında əlaqələrin inkişaf etdirilməsində və müxtəlif əməkdaşlıq formatında uğurla həyata keçirilmiş layihələrin davam etdirilməsində maraqlı olduqlarını qeyd edib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib