İİTKM “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” üzrə monitorinqi Şəmkir və Samux rayonlarında davam etdirib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrasının monitorinqi və qiymətləndirilməsi məqsədilə Şəmkir və Samux rayonlarında səfərdə olublar.
Səfərdə İİTKM ilə yanaşı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi, eləcə də yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak ediblər.
Şəmkir rayonunda Şəmkir su anbarında görülən işlərə baxış keçirilib. Samux rayonunda isə Yenikənd su anbarında bəndin üzərindən keçən yolda sürətə nəzarətin olmaması və ağır tonnajlı avtomobillərin hərəkəti, əhali üçün alternativ yolun mövcud olmaması, kanala su ötürən baş su buraxıcı qurğuların əsaslı təmirə ehtiyacı olduğu müəyyən edilib. Eyni zamanda, Qarasaqqal kanalının sol sahilinin torpaq məcralı olması, kanalın aşağı hissəsindən keçən kəndlərin su basma təhlükəsi ilə üzləşməsi, nasos stansiyalarının təmiri məsələləri müzakirə edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 10 oktyabr 2024-cü il tarixli Sərəncamına əsasən, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.
Strategiya çərçivəsində su ehtiyatlarının idarə olunması, su itkilərinin azaldılması, infrastrukturun modernləşdirilməsi və müasir suvarma sistemlərinin tətbiqi istiqamətində tədbirlər həyata keçirilir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib