İİTKM nümayəndəsi vergi inzibatçılığı sahəsində beynəlxalq seminarda çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq seminarda çıxış edib.
“Vergi inzibatçılığında rəqəmsal təhlillər üzrə təcrübə icmasının formalaşdırılması” mövzusuna həsr olunmuş seminarda vergi inzibatçılığında rəqəmsal təhlil, məlumatların emalı və analitik alətlərdən istifadə üsulları mövzularında beynəlxalq təcrübələr, xüsusilə iştirakçı ölkələr üzrə mövcud vəziyyəti əks etdirən təqdimatlar dinlənilib, ekspertlərlə müzakirələr aparılıb. Əbdülrəhim Dadaşov Azərbaycanda rəqəmsal vergi inzibatçılığı və vergi sisteminin elektronlaşdırılması səviyyəsi və tətbiqi çərçivəsi ilə bağlı təqdimatla çıxış edib. O, vergi islahatları, elektron xidmətlərin genişləndirilməsi ilə bağlı ölkə təcrübəsini auditoriya ilə bölüşüb.
BVF-nin Qafqaz, Mərkəzi Asiya və Monqolustan ölkələri üzrə Regional Potensialın Gücləndirilməsi Mərkəzi (CCAMTAC) tərəfindən təşkil olunan tədbirdə Qafqaz və Mərkəzi Asiya regionuna daxil olan 10 ölkədən 20 nümayəndə iştirak edib. Onlara vergi inzibatçılığında məlumat axınlarının idarə olunması və data analitikası sahəsində mütərəqqi yanaşmaları öyrənmək, habelə müxtəlif ölkələrin təcrübələri ilə tanış olmaq imkanı yaradılıb. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib