İİTKM nümayəndəsi Estoniyada “Qlobal Kənd təsərrüfatının rəqəmsal gələcəyi” mövzusunda müzakirəyə qatılıb
Estoniyanın Tartu şəhərində VI Beynəlxalq Aqroforum keçirilir. Tədbirdə Azərbaycanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin(İİTKM) Layihə nəzarəti və qiymətləndirilməsi meneceri, iqtisad üzrə fəlsəfə doktoru Namiq Şalbuzov təmsil edib. Forumda “Qlobal Kənd təsərrüfatının rəqəmsal gələcəyi” mövzusunda müzakirə aparılıb. Konfransın əsas məqsədi kənd təsərrüfatının strateji inkişafının siyasi və inzibati səviyyələrdə müzakirəsi üçün Baltikyanı ölkələrin, Avrasiya Gömrük İttifaqına üzv olan ölkələrin və şərq tərəfdaşlığı proqramının üzvləri olan ölkələrin rəhbərlərini bir araya gətirməkdir.
Namiq Şalbuzov müzakirələrdə Azərbaycanda “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması və Rəqamsal Ticarət Qovşağı vasitəsi ilə kənd təsərrüfatı məhsulları ixracatçılarına müvafiq sertifikatları verilməsi məsələləri barədə ətraflı məlumat verib. Son illərdə Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşması istiqamətində əldə etdiyi uğurlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konfransda Estoniyanın Kənd Təsərrüfatı naziri Tammo Tam, Almaniya Kənd Təsərrüfatı naziri Bernhard Polten, Ukraynanın Kənd Təsərrüfatı Siyasəti naziri Olqa Trofimtseva, Moldova Kənd Təsərrüfatı, Regional İnkişaf və Ətraf Mühit Naziri Vasile Luca iştirak edib. Forum iştirakçıları plenar iclaslarda və dəyirmi masada kənd təsərrüfatında istehsalın rəqəmsallaşması, Avropada kənd təsərrüfatının rəqəmsal transformasiyası kimi mövzuları müzakirə edib.








Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025