İİTKM nümayəndəsi Almatıda genderə həssas büdcələşmə və inklüziv iqtisadi artım üzrə beynəlxalq seminarda iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Samir Rəhimov Qazaxıstanın Almatı şəhərində Beynəlxalq Valyuta Fondunun (IMF) və Mərkəzi Asiya Regional Texniki Yardım Mərkəzinin (CCAMTAC) təşkilatçılığı ilə keçirilən beynəlxalq seminarda iştirak edib.
Seminar genderə həssas büdcələşmə, inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi, əmək bazarında qadınların iştirakının artırılması və iqtisadi siyasətlərin müxtəlif sosial qruplara təsirlərinin qiymətləndirilməsi məsələlərinə həsr olunub.
Tədbir çərçivəsində iqtisadi siyasətlərin hazırlanması və qiymətləndirilməsi zamanı gender amilinin nəzərə alınması, qadınların məşğulluğuna və gəlirlərinə təsirlərin təhlili, eləcə də gəlir bölgüsündə yaranan fərqlərin müəyyənləşdirilməsi üzrə praktiki yanaşmalar müzakirə edilib. İştirakçılar iqtisadi siyasətlərin yalnız ümumi makroiqtisadi göstəricilər əsasında deyil, həmçinin müxtəlif sosial qruplara təsirləri baxımından qiymətləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələr beynəlxalq təcrübənin öyrənilməsi, ölkələrarası müqayisələrin aparılması və mövcud yanaşmaların milli iqtisadi reallıqlara uyğunlaşdırılması baxımından əhəmiyyətli olub.
Seminar çərçivəsində İİTKM nümayəndəsi verilmiş tapşırığa uyğun olaraq, “Azərbaycanda maliyyə inklüzivliyi: Global Findex 2024 əsasında müqayisəli təhlil” mövzusunda təqdimatla çıxış edib. Təqdimat maliyyə inklüzivliyinin qiymətləndirilməsi və bu sahədə Azərbaycanın göstəricilərinin müqayisəli təhlili mövzusuna həsr olunub.





Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib