İİTKM nümayəndələri “TEİ Forum 2026” – Vision Presentation Evening” tədbirində iştirak ediblər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov və İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli “TEİ Forum 2026" (Trade, Export & Innovation Forum) üzrə təqdimat tədbirində iştirak ediblər. Tədbirə dövlət qurumlarının əməkdaşları, millət vəkilləri, həmçinin Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə səfirliklərinin nümayəndələri və iş adamları qatılıblar.
Tədbirdə çıxış edən "Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov bildirib ki, Mərkəzin “Startup School 4: Five Continents – 500 Startups” qlobal startap proqramı “TEİ Forum 2026" ilə əməkdaşlıq çərçivəsində reallaşdırılır. Belə ki, “Startup School 4” layihəsinin yekun mərhələsi olan “Demo Day” proqramı 30–31 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək “TEI Forum 2026” tədbiri çərçivəsində təşkil olunacaq. Burada proqramın məzunlarından ən yaxşı 50 startapın MVP-ləri nümayiş etdiriləcək. Bu, startaplara 500-dən çox sahibkar, investor və biznes nümayəndəsi ilə birbaşa əlaqə qurmaq, potensial tərəfdaşlıqlar yaratmaq və investisiya imkanlarını genişləndirmək üçün unikal imkandır.
"TEİ Forum 2026" yerli, regional və qlobal bazarlardan sahibkarları, ixracatçıları, investorları, startapları, dövlət qurumlarını və innovasiya ekosisteminin əsas iştirakçılarını bir araya gətirən beynəlxalq biznes platformasıdır.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib