İİTKM nümayəndələri ESCAP-ın təşkil etdiyi subregional dəyirmi masada iştirak ediblər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) və Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) tərəfindən təşkil olunan “TCCA+ ölkələrində sərhədlərarası elektron hesab-faktura sistemlərinin inkişafı” mövzusunda subregional onlayn dəyirmi masada iştirak ediblər.
Onlayn tədbirdə İİTKM-i İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli və Rəqəmsal Ticarət Qovşağının rəhbəri vəzifəsini icra edən Aygün Əhmədova təmsil ediblər.
Dəyirmi masa Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxil olmaqla TCCA+ ölkələri arasında sərhədlərarası elektron hesab-faktura (e-invoicing) sistemlərinin tətbiqi, qarşılıqlı tanınması və məlumat mübadiləsi mexanizmlərinin inkişafı məsələlərinə həsr olunub. Tədbir çərçivəsində ESCAP tərəfindən həyata keçirilən “TCCA+ ölkələrində sərhədlərarası ticarətin asanlaşdırılması və rəqəmsallaşdırılması” layihəsi təqdim olunub, məqsədlər, metodologiya və əsas mərhələlər barədə məlumat verilib. Həmçinin beynəlxalq təcrübələr, region ölkələri üçün uyğun interoperabellik modelləri və elektron hesab-faktura sistemlərinin hüquqi və texniki çərçivələri müzakirə edilib.
Müzakirələr zamanı iştirakçılar region ölkələrində rəqəmsal ticarət və kağızsız ticarət mexanizmlərinin inkişafı, elektron sənəd dövriyyəsinin qarşılıqlı tanınması və gələcəkdə mümkün pilot layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
İclasda Azərbaycan tərəfdən İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidməti, Azərbaycan İnvestisiya Şirkəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “B.EST Solutions” MMC (ASAN İmza – Mobil ID elektron imza xidmətinin texniki operatoru) yer alıblar. Layihənin Azərbaycan üzrə milli koordinatoru Dövlət Gömrük Komitəsidir.
Təşəbbüsün əsas məqsədi region ölkələri arasında rəqəmsal ticarətin inkişafını sürətləndirmək, transsərhəd ticarət prosedurlarını sadələşdirmək, əməliyyat xərclərini azaltmaq və regional iqtisadi inteqrasiyanı gücləndirməkdir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib