İİTKM-nin direktoru Alman-Azərbaycan Xarici Ticarət Palatasının toplantısında iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru (İİTKM) Vüsal Qasımlı Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) üzvləri üçün təşkil edilən müzakirələrə qatılıb.
Tədbirin təşkil olunmasında məqsəd palataya üzv şirkətlər arasında informasiya mübadiləsini gücləndirməkdir.
Əsasən iqtisadi məsələlərin mövzunun müzakirəsinə həsr edilən tədbirin məruzəsini İİTKM-nin icraçı direktoru Dr. Vüsal Qasımlı edib. İcraçı direktor çıxışı zamanı ölkədə aparılan iqtisadi islahatlardan təffərrüatlı danışıb. O bildirib ki, son dövrdə Azərbaycan Respublikasının vergi və gömrük sisteminin tam təkmilləşdirilməsi, dünya standartlarına uyğunlaşdırılması və dünya təsərrüfatına inteqrasiyadan irəli gələn tələb və normalara cavab verməsi üçün böyük işlər görülür. Bura həm də ixracın təşviqi istiqamətində aparılan işləri də aid etmək olar.
Vüsal Qasımlı bildirib ki, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi işləri davam etdiriləcək. Bu məsələlər Strateji Yol Xəritəsində də ətraflı yer alıb.
O əlavə edib ki, həm dövlət, həm də yerli və xarici özəl investisiyaların cəlbi çox vacib məsələdir. Prezidentin Sərəncamı ilə yaradılan Azexport portalı da bu prosesin bariz nümunəsidir.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann isə görülən işlərin təqdirə layiq olduğunu bildiridi.
Tədbir zamanı Capital Legal Services MMC-nin idarəedici partnyoru Vüqar Məmmədov və Labservis Ltd şirkətinin icraçı direktoru Dr. Mais Sailov da çıxışlar edib









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır