07 aprel 2017, 01:52

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru (İİTKM) Vüsal Qasımlı Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) üzvləri üçün təşkil edilən müzakirələrə qatılıb.

Tədbirin təşkil olunmasında məqsəd palataya üzv şirkətlər arasında informasiya mübadiləsini gücləndirməkdir.

Əsasən iqtisadi məsələlərin mövzunun müzakirəsinə həsr edilən tədbirin məruzəsini İİTKM-nin icraçı direktoru Dr. Vüsal Qasımlı edib. İcraçı direktor çıxışı zamanı ölkədə aparılan iqtisadi islahatlardan  təffərrüatlı danışıb. O bildirib ki, son dövrdə Azərbaycan Respublikasının vergi və gömrük sisteminin tam təkmilləşdirilməsi, dünya standartlarına uyğunlaşdırılması və dünya təsərrüfatına inteqrasiyadan irəli gələn tələb və normalara cavab verməsi üçün böyük işlər görülür. Bura həm də ixracın təşviqi istiqamətində aparılan işləri də aid etmək olar.  

 Vüsal Qasımlı bildirib ki, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi işləri davam etdiriləcək. Bu məsələlər Strateji Yol Xəritəsində də ətraflı yer alıb. 

O əlavə edib ki, həm dövlət, həm də yerli və xarici özəl investisiyaların  cəlbi çox vacib məsələdir. Prezidentin Sərəncamı ilə yaradılan Azexport portalı da bu prosesin bariz nümunəsidir.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann isə görülən işlərin təqdirə layiq olduğunu bildiridi.

Tədbir zamanı  Capital Legal Services MMC-nin idarəedici partnyoru Vüqar Məmmədov və Labservis Ltd şirkətinin icraçı direktoru Dr. Mais Sailov da çıxışlar edib


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az