İİTKM “Microsoft”un imkanlarından istifadə etməklə fəaliyyətini onlayn qurub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Microsoft Azerbaijan”la əməkdaşlıq çərçivəsində “#evdəqal” layihəsinin qaydalarına əməl etmək üçün məsafədən iş rejimini təmin edir. Belə ki, “Microsoft Azerbaijan” şirkəti İİTKM əməkdaşları üçün tam pulsuz və öhdəliksiz 180 günlük Office 365 E1 paketini xüsusi lisenziya ilə təqdim edir. Cari təklif COVID-19 virusunun yayılması ilə əlaqədar olaraq Microsoft şirkəti tərəfindən rəsmi olaraq təmin edilir və əməkdaşların evdən işləməsi üçün (WFH – Work From Home) nəzərdə tutulub.
İİTKM-in İnformasiya Texnologiyaları mütəxəssisi Elgün Xəlilzadə bildirir ki, Office 365 E1 paketinə - tam online Office 365 paketi (korporativ poçt, hər istifadəçi üçün 1TB bulud saxlancı, birgə və məsafədən əməkdaşlıq etmək üçün Microsoft Teams aləti, Word Online, Excel Online, PowerPoint Online və.s ) daxildir. Məhz Microsoft Teams aləti əməkdaşların komanda şəklində işləmələri üçün (video müzakirələr, konfranslar və.s) daha geniş imkanlar yaradır. Onun sözlərinə görə, İİTKM-nin əməkdaşları sistemdən internet bağlantısı olan istənilən məkandan və ixtiyari qurğudan kollektiv iş imkanı əldə edəcəklər.
“Microsoft Azerbaijan”-nın baş meneceri Qaçay Mirzəyev bildirib ki, İİTKM innovativ layihələrin tətbiqində qabaqcıl qurumlarındandır və “Microsoft Azərbaycan” İİTKM ilə əməkdaşlıqdan məmnundur. Bundan əlavə o qeyd edib ki, Azərbaycanda sosial izolyasiya tədbirlərinə qeyd-şərtsiz əməl etmək, evdə qalaraq, əmək fəaliyyətini davam etdirmək üçün bu müvafiq texnoloji həldən faydalanmaq məqsədə uyğundur.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Microsoft Azerbaijan”la imzalanan ikitərəfli əməkdaşlığa dair memarandum çərçivəsində bir neçə innovativ layihələrə imza atıb. İİTKM-in operatoru oldugu Azexport portalı Microsoft-un Azure platformasından istifadə edir.
Unutmayaq ki, #bizbirlikdəgüçlüyük!








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib