İİTKM Məşğulluq Strategiyasının icrasının monitorinqi üçün yeni modul yaradacaq
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nın icrasının təmin edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Tədbirlər Planının icrasının monitorinqi və qiymətləndirilməsini təmin etmək məqsədilə operatoru olduğu “e-monitorinq” portalı çərçivəsində xüsusi monitorinq və hesabatlılıq modulunu iki ay müddətində yaradacaq. 2027-ci ildən etibarən Tədbirlər Planının monitorinqi və qiymətləndirilməsi həmin modul vasitəsilə həyata keçiriləcək.
Yeni modulda Tədbirlər Planı üzrə icraçı qurumlar, şəhər və rayonlar, icra müddətləri, layihələrə dair məlumatlar, nəticə indikatorları və digər zəruri göstəricilər sistemləşdiriləcək, eyni zamanda hesabatlılığın aparılması təmin olunacaq. Bununla yanaşı, aidiyyəti dövlət qurumlarının elektron informasiya sistemlərinin “e-monitorinq” portalına inteqrasiyası istiqamətində də zəruri tədbirlər görüləcək.
Sərəncama əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2027-ci ildən başlayaraq hər il aprelin 30-dək Tədbirlər Planının monitorinqinin nəticələrini, 2031-ci il iyunun 30-dək isə yekun qiymətləndirmənin nəticələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.
Sənədə əsasən, Tədbirlər Planının icrasında iştirak edən əsas və digər icraçı dövlət orqanları (qurumlar) məsul şəxsləri müəyyən etməli, nəticə indikatorlarını hazırlayaraq aidiyyəti üzrə təqdim etməli, həmçinin layihələrin icrasına dair məlumatları və illik hesabatları müəyyən olunmuş müddətlərdə “Layihə idarəetməsi” modulunda yerləşdirməlidirlər.
Bundan əlavə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Tədbirlər Planı çərçivəsində həyata keçirilən layihələrin maliyyələşdirilməsi ilə bağlı məlumatların mütəmadi olaraq müvafiq modulda yerləşdirilməsini təmin edəcəklər.
Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinə həvalə olunub. Sənəd imzalandığı gündən qüvvəyə minib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib